“ETSİM” haqqında
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2015-ci il tarixli 364 saylı qərarına əsasən Dövlət Statistika Komitəsinin Statistik məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında yaradılmışdır.
Mərkəzin fəaliyyəti informasiya resurslarının toplanmasından, göstəricilər sisteminin və məlumat bazalarının yaradılmasından, statistik metodologiyaların təkmilləşdirilməsindən, statistik sorğuların təşkilindən, analitik tədqiqatların, ekonometrik təhlilin, modelləşdirmə və proqnozlaşdırmanın aparılmasından ibarətdir.
Ətraflı oxuMissiyamız
Sifarişçilərimizə statistik innovasiyaların tətbiqi ilə daha geniş tədqiqat xidmətləri təqdim etmək və statistik məlumatların etibarlılığına, dəyəri və mənasına nail olmaq.
Məramımız
Sifarişçilərimizin tələblərini təmin etməklə ölkəmizdə bu sahədə liderə çevrilmək və beynəlxalq arenada nüfuz qazanmaq.
Xidmətlərimiz
Dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarlar üçün statistik tədqiqat və analitik xidmətlər.
Statistik sorğuların təşkili
Seçmənin layihələndirilməsi, seçmə bazasının formalaşdırılması və seçmə müşahidələrin aparılması.
Statistik məlumat bazaları
Göstəricilər sisteminin və müxtəlif istiqamətlərdə statistik məlumat bazalarının formalaşdırılması.
Ekonometrik təhlil və modelləşdirmə
Məlumatların ekonometrik təhlili, dinamika sıralarının, cədvəl və diaqramların qurulması.
Proqnozlaşdırma
Statistik məlumatların qısa və uzunmüddətli proqnozlarının tərtib edilməsi.
Biznes planlar və maliyyə təhlili
Sahibkarlar üçün biznes planların hazırlanması, təsərrüfat subyektlərinin fəaliyyətinin statistik təhlili.
Tədris kursları və treninqlər
Statistika və məlumat təhlili üzrə tədris kurslarının, treninqlərin təşkili.







