Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat və Statistik
İnnovasiyalar Mərkəzi
Haqqımızda

Biz kimik

Statistik innovasiyaların tətbiqi ilə etibarlı tədqiqat xidmətləri.

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi (ETSİM) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik tədqiqatlar, metodologiya və innovasiyalar üzrə elmi mərkəzidir.

Tarixçə

  1. 1971

    Mərkəzi Layihə-Texnoloji Bürosu SSRİ Mərkəzi Statistika İdarəsi nəzdində Uçotun mexanikləşdirilməsi və hesablama işləri üzrə Ümumittifaq Dövlət Layihə-Texnoloji İnstitutunun Azərbaycan filialına dəyişdirilmişdir.

  2. 1987

    İnstitut SSRİ Dövlət Statistika Komitəsi nəzdində Statistik informasiya sisteminin Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnoloji İnstitutunun Azərbaycan filialı adını almışdır.

  3. 1992

    Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli 114 saylı qərarı ilə Dövlət Statistika Komitəsi nəzdində Statistik məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi yaradılmışdır.

  4. 2015

    Nazirlər Kabinetinin 19 noyabr 2015-ci il tarixli 364 saylı qərarı ilə həmin Mərkəzin bazasında Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi (ETSİM) yaradılmışdır.

Fəaliyyətimiz

Müxtəlif istiqamətlərdə informasiya resurslarının toplanmasından, göstəricilər sisteminin və məlumat bazalarının yaradılmasından, mövcud statistik metodologiyaların təkmilləşdirilməsi və yeni metodologiyaların işlənməsindən, statistik sorğuların təşkilindən, seçmənin layihələndirilməsindən, analitik tədqiqatların, statistik məlumatların ekonometrik təhlilinin, modelləşdirilməsinin və proqnozlaşdırılmasının aparılmasından, dinamik sıraların, çıxış cədvəllərin və müvafiq qrafiklərin qurulmasından ibarətdir.

Missiyamız

Sifarişçilərimizə statistik innovasiyaların tətbiqi ilə daha geniş tədqiqat xidmətləri təqdim etmək və statistik məlumatların etibarlılığına, dəyəri və mənasına nail olmaqdır.

Məramımız

Sifarişçilərimizin tələblərini təmin etməklə ölkəmizdə bu sahədə liderə çevrilmək və beynəlxalq arenada nüfuz qazanmaqdır.

Xidmətlərimizin üstünlükləri

  • İnvestorun etibarının və tələbinin artırılması
  • Pozitiv imicin formalaşması
  • İxtisaslı və peşəkar mütəxəssislərlə birgə iş
  • Sifarişçilərin tələblərinin təmin edilməsi
  • Şəffaflığın meydana çıxarılması və çevikliyin təmin olunması
  • Günün tələblərinə uyğun Menecment İnformasiya Sisteminin yaradılması
  • İqtisadiyyatın dayanıqlı inkişafı üçün məsələlərin həllinin araşdırılması
  • Aktual problemlərin həllinə daha asan nəzarət olunması
  • İqtisadi və maliyyə təhlükəsizliyi proqnozlarının alınması imkanları
  • Gələcək dövrün strateji planlarının müəyyən edilməsində informasiya təminatı

Maliyyə hesabatı

Mərkəzin maliyyə hesabatı ilə tanış olun.

Hesabatı yüklə