Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat və Statistik
İnnovasiyalar Mərkəzi
Xəbər

Python proqramlaşdırma dilinin təqdimatı

1 dəq oxu
Python proqramlaşdırma dilinin təqdimatı

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşı İsa Ramazanov tərəfindən yeni proqramlaşma dili olan Pythonun təqdimatı keçirilmişdir. Təqdimat zamanı Python proqramlaşdırma dilinin qlobal səviyyədə reytinqi, əhəmiyyəti və perspektivləri haqqında müzakirələr olmuşdur. Qeyd edilmişdir ki, statistik tədqiqatların web proqramlaşdırmasının (internet üzərindən) avtomatlaşdırılması üçün bu dildən istifadə müasir tələbatı ödəmə imkanlarına malikdir. Konkret olaraq, Statistik tədqiqatlar, xüsusilə, seçmə statistik müşahidələrdə Python proqramlaşdırma dili vasitəsiylə tərtib olunmuş proqramlar (tətbiqlər) nümayiş etdirilmişdir. Təqdimatla bağlı daha ətraflı bu səhifədə tanış ola bilərsiniz.

Paylaş Bütün xəbərlər