Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat və Statistik
İnnovasiyalar Mərkəzi
Xəbər

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Rusiya statistikasının müasir çağırışları: iqtisadi proseslərin qloballaşdırılması və rəqəmsallaşdırılması”na dair beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

1 dəq oxu
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Rusiya statistikasının müasir çağırışları: iqtisadi proseslərin qloballaşdırılması və rəqəmsallaşdırılması”na dair beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

Sankt-Peterburqda 2018-ci il sentyabr ayının 11-12 tarixlərində Rusiyanın Dövlət Statistika Federal Xidməti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti və   Ümumrusiya ictimai təşkilatı - “Rusiya statistiklər assosiasiyası” “Rusiya statistikasının müasir çağırışları: iqtisadi proseslərin qloballaşdırılması və rəqəmsallaşdırılması”na dair beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.  Konfransda Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin rəhbəri Xəqani Məmmədov iştirak etmişdir.

Konfransda rəqəmsal iqtisadiyyat və qloballaşmanın  statistika qarşısında qoyduğu yeni tələblər müzakirə olunmuşdur: Həmin tələblər aşağıdakılardan ibarətdir.

Sosial və iqtisadi hadisələrin ölçülməsi üçün böyük həcmdə operativ və keyfiyyətli məlumatların işlənməsi;

Məlumat bazalarının yaradılması;

Qabaqcıl informasiya texnologiyalarından istifadə;

İnformasiyanın toplanması və işlənməsinin müasir metodları.

Paylaş Bütün xəbərlər