
Respublika elmi-praktiki
KONFRANSI
25 noyabr 2022
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
Bakı, Azərbaycan
KONFRANS HAQQINDA
25 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən “ İnnovativ inkişaf: Statistikadan iqtisadiyyata” mövzusunda 2-ci respublika elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransın mövzusu aşağıdakı istiqamətləri əhatə etməlidir:
iqtisadi tədqiqatlarda innovasiyalar,
statistik istehsal proseslərində innovasiyaların tətbiqi,
sosial-iqtisadi proseslərin modelləşdirilməsi (ekonometriya),
rəqəmsal iqtisadiyyata keçid perspektivləri (transformasiya),
tədris prosesinin təşkilində innovasiyalar .
Məkan: Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
Tarix: 25 Noyabr 2022
Forma: Online video konfrans
Məqalənin təqdimatının son tarixi: 20 oktyabr 2022 / 17:00
Konfransa təqdim edilən məqalənin tərtibi qaydaları
Məqalə qrafiki materiallar, cədvəllər, düsturlar, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla ümumi həcmi 5 səhifədən çox olmamalı, azərbaycan, rus və ya ingilis dillərindən birində hazırlanmalıdır.
Məqalənin formatı A4, şriftlərin ölçüsü Times New Roman 12, səhifədə hər tərəfdən 2,5 sm., sətr arası interval -1, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
Məqalələr aşağıdakı ardıcıllıqla tərtib edilməlidir: məqalənin adı (böyük hərflərlə, qalın şriftlə), müəllifin adı və soyadı (yalnız ilk hərfləri böyük olmaqla, qalın şriftlə), müəllif(lər)in işlədiyi müəssisə(lər) və həmin müəssisənin (müəssisələrin) ünvan(lar)ı, müəllif(lər)in elekron poçt ünvan(lar)ı açar sözlər, mətn, xülasə və ədəbiyyat siyahısı.
Açar sözlər azərbaycan, rus, ingilis dilində olmaqla, məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, Məs: [2] və ya [2; 5; 8] və ya [2, 14-15].
Məqaləyə uyğun xülasələr iki dildə: azərbaycan və ingilis dilində olmalıdır .
Konfransa yeni, innovativ və problem xarakterli məqalələr qəbul olunur.
Konfransın işçi dili: Azərbaycan.
Məqalələr konfransı əhatə edən istiqamətlərdən birinin mövzusuna və qoyulan tələblərə cavab verməlidir. Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Konfransa təqdim olunmuş məqalənin kağız formatında, konfrans materialları toplusunda əldə edilməsi ödənişlidir (20 manat).
Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formada 20 oktyabr 2022-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail : info@etsim.az
Dinləyici və iştirakçılar konfransa onlayn bağlantısından əvvəl tərəfimizdən göndəriləcək link vasitəsilə qoşula biləcəklər.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz:
Əlaqələndirici şəxs: Şahin Mustafayev
Azərbaycan, Bakı, AZ1136, İnşaatçılar prospekti 81
Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
E-mail: info@etsim.az, (+99412) 538 77 19, 377-10-70; Daxili: 33-74
Qeyd: Aktual mövzuları əhatə edən məqalələr yoxlamadan keçdikdən sonra nəşr olunmağa tövsiyə ediləcəkdir.